Ana Sayfa > Karusel / Siyasət > Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb

Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb


27-08-2024, 16:39. Yazar: Admin

Növbədənkənar seçkilər mövcud şəraitin siyasi təsbiti kimi dəyərləndirilə bilər

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O deyib ki, indiyə qədər ümumilikdə 111 200-ə yaxın yerli müşahidəçi qeydə alınıb, 25 siyasi partiyanın 65 minə qədər müşahidəçisi akkreditasiyadan keçib:

“Hər məntəqədə siyasi partiyaların 10 nəfərdən artıq müşahidəçisi olacaq. Həm müşahidəçilər, həm də namizədlər baxımından ölkə vətəndaşlarının seçkiyə marağı ortadadır. Bütün həyata keçirilən tədbirlərin məqsədi seçicilərin səsvermə hüququnun təmin olunmasıdır. Seçki məntəqələrindən də tələb odur ki, seçicilərin səsvermə hüququ təmin olunsun. Əgər pozuntu olarsa, məntəqə bunu qeyd etsin və bunu DSK-ya və bizə çatdırsın. Onların seçiciyə maneçilik törətmək hüququ yoxdur. Komissiya üzvləri seçiciyə xidmət etmək üçün ora yığışıb. Milyonlarla insanların iştirak etdiyi tədbirdir. Bu və ya digər səviyyədə bunun pozuntusuz keçməsi mümkün deyil. Amma bu pozuntu panikaya səbəb olmamalıdır. Məntəqə pozuntu barədə məlumat verməlidir”.


Geri dön