Ana Sayfa > Karusel / Region > Ukrayna Ordusu Kurskda 100-dən çox məntəqəyə nəzarət edir
Ukrayna Ordusu Kurskda 100-dən çox məntəqəyə nəzarət edir27-08-2024, 16:12. Yazar: Admin |
Hazırda Kursk ərazisinin 1294 kv.km ərazisinə nəzarət edirik. Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Ordusunun Baş komandanı Aleksandr Sırski deyib. “Biz Kursk istiqamətində irəliləməyə, Rusiya ordusuna əhəmiyyətli dərəcədə zərbələr endirməyə davam edirik. Hazırda Rusiyanın 1294 kv.km-lik ərazisinə, daha dəqiq 100-dən çox yaşayış məntəqəsinə nəzarət edirik. Kursk ərazisində 594 nəfər Rusiya hərbçisi girov götürülüb”, - o bildirib. A.Sırski onu da deyib ki, Rusiya ordusu Kursk istiqamətinə 30 min nəfərlik şəxsi heyət göndərməklə, əsas gücünü məhz burada cəmləşdirib. Onun sözlərinə görə, hazırda bu say artmaqdadır. Baş komandanın fikrincə, Ukrayna tərəfi gərgin döyüşlərə baxmayaraq bu ərazilərdə yaşayan mülki əhalinin təhlükəsizliyi üçün tədbirlər görür. Geri dön |