Ana Sayfa > Karusel / Dünya > Sahibini tutsalar da, Makron teleqramdan fəal istifadə edir - KİV
Sahibini tutsalar da, Makron teleqramdan fəal istifadə edir - KİV27-08-2024, 12:28. Yazar: Admin |
Fransa Prezidenti Emmanuel Makron teleqramın təsisçisi Pavel Durovun saxlanılmasına baxmayaraq sözügedən sosial şəbəkədən fəal istifadə edir. Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Fransa parlamentinin keçmiş deputatına istinadən “Politico” qəzeti yayıb. Öz telefonunun nömrə siyahısında Makronun nömrəsi olan eks-deputat qəzet nümayəndələrinə Fransa lideri ilə teleqramda yazışmasını göstərib. Qəzet yazır ki, Makron ilk prezident kampaniyasının əvvəlindən teleqram istifadəçisidir. Həmçinin bildirilir ki, Fransa hökumətinin üzvləri və müxtəlif partiyalardan olan siyasətçilər teleqramdan fəal istifadə etməyə davam edirlər. Qeyd olunub ki, Fransa Ədliyyə Nazirliyinin Durovun işi ilə məşğul olmayan, lakin məsələ ilə tanış olan əməkdaşının sözlərinə görə, teleqram administrasiyasının Fransa rəhbərliyi ilə əməkdaşlıq etmək niyyətinin olmaması Parisin narazılığına səbəb olub. Xatırladaq ki, P.Durov avqustun 24-də Paris hava limanında saxlanılıb.
Geri dön |