Ana Sayfa > Karusel / Dünya > ABŞ Qəzza əməliyyatı başlanan gündən İsrailə 50 min tondan çox hərbi yardım göndərib

ABŞ Qəzza əməliyyatı başlanan gündən İsrailə 50 min tondan çox hərbi yardım göndərib


27-08-2024, 07:21. Yazar: Admin

ABŞ Qəzza əməliyyatı başlanan gündən İsrailə 50 min tondan çox hərbi yardım göndərib

İsrail, Qəzza əməliyyatları üçün ABŞ-dan zirehli texnika, sursat, fərdi qoruyucu vasitələr və tibbi ləvazimat da daxil olmaqla 50 min tondan çox hərbi yük təhvil alıb.

Qarabaginfo.az xəbər verir ki, bu haqda məlumatı İsrailin Müdafiə Nazirliyi yayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ABŞ və İsrail arasında əməkdaşlıq çərçivəsində indiyədək İsrailə gələn hərbi texnika 500 hərbi təyyarə və 107 gəmi yükü vasitəsilə həyata keçirilib.

Göndərilən hərbi yardıma zirehli texnika, hərbi ləvazimat və döyüş sursatları, həmçinin fərdi mühafizə vasitələri və tibbi avadanlıqlar daxil olub.


Geri dön