Ana Sayfa > Karusel / Dünya > İraq və İran sərhədində dəhşətli partlayış və yanğın baş verib

İraq və İran sərhədində dəhşətli partlayış və yanğın baş verib


27-08-2024, 07:13. Yazar: Admin

İraq və İran sərhədində dəhşətli partlayış və yanğın baş verib

İraq və İran arasındakı Pərvizxan sərhəd keçid məntəqəsində baş verən yanğın yaxınlıqda olan yanacaq daşıyan tankerlərə sıçrayıb.

Qarabaginfo.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Yanğın nəticəsində yanacaq tankerləri partlayıb və 11 yanacaq tankeri yararsız hala düşüb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib. Yanğınsöndürmə işləri davam edir və hələlik yanğının səbəbi məlum deyil.


Geri dön