Ana Sayfa > Karusel / İqtisadiyyat > Bu ərazilərdə qaz olmayacaq
Bu ərazilərdə qaz olmayacaq26-08-2024, 21:46. Yazar: Admin |
Sabah saat 09:00-dan işlər başa çatanadək “Şamaxı” ölçü qovşağından qidalanan qaz xətləri üzərində və "Sığırlı” ölçü qovşağından qidalanan müxtəlif diametrli qaz xətlərində, həmçinin saat 10:00-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə Qarabaginfo.az-a “Azəriqaz” İB-dən bildirilib. Qeyd olunur ki, təmir quraşdırma işləri aparılan müddətdə Şamaxı rayonunun (şəhər mərkəzi, 1 qəsəbə, 14 kənd), Kürdəmir rayonunun (rayon mərkəzinin bir hissəsi, 39 kənd, 2 qəsəbə), həmçinin paytaxtın Sabunçu rayonunun (Maştağa qəsəbəsinin M.Mirəliyev, B.Baloğlanov, R.Salmanov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Geri dön |