Ana Sayfa > Karusel / Siyasət / Region > “Ermənistanla sülh sazişi 2027-ci ildə imzalanacaq” –ZƏRDÜŞT ƏLİZADƏ

“Ermənistanla sülh sazişi 2027-ci ildə imzalanacaq” –ZƏRDÜŞT ƏLİZADƏ


26-08-2024, 14:02. Yazar: Admin

“Ermənistanla sülh sazişi 2027-ci ildə  imzalana bilər”.

Qarabaginfo.az bildirir ki, bu barədə politoloq Zərdüşt Əlizadə Azpost.info-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, sülh sazişinin perspektivi var, amma yaxın vaxtlarda deyil: “Azərbaycanın Ermənistandan sülhlə bağlı tələbi var. Qəti istək ondan ibarətdir ki, Ermənistan mövcud olan konstitusiyasını dəyişsin. Çünki ana qanunlarında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Bu iddialar rəsmən ləğv edilmədən Azərbaycan saziş imzalamayacağını bəyan edib”.

Politoloq bildirib ki, Ermənistan hökuməti isə 2026-cı ilin dekabr ayında yeni konstitusiya layihəsini hazırlamağı, ondan sonra proseduru başlatmağı planlaşdırdığını açıqlayıb. Konstitusiya müzakirələrdən sonra referenduma çıxarılmalıdır: “Bu da 2027-ci ilə təsadüf edir. Yəni 2027-ci ildə sülh sazişi imzalana bilər. Çünki rəsmi İrəvanın 2027-ci ilədək konstitusiyada dəyişiklik etmək niyyətində görünmür”.

Bununla yanaşı Z.Əlizadə bildirib ki, gərginliyi azaltmaq məqsədilə ümumi müddəalardan ibarət hansısa bir sənəd, bəyannamə imzalana bilər: “Məsələn, bütün beynəlxalq hüquqi sənədlərlə təsdiqlənmiş 5 ümumi prinsip əsasında müəyyən razılığın əldə olunması barədə “bəyannamə” adlandırılan sənədin imzalanması mümkündür.  Qarşılıqlı etimadın yaradılması, inkişafı üçün belə bir addımın atılması istisna deyil”.


Geri dön