Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına dair razılaşma Yaxın Şərqdə, o cümlədən İsrail və Hizbullah arasında gərginliyi azaldacaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Qəzzada atəşkəs mavi xətt (Livan və İsrail arasındakı sərhəd) boyunca gərginliyin azaldılmasına da kömək edə bilər”, - məlumatda deyilir.