Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > BMT İsrail və Hizbullaha müraciət edib
Ana Sayfa > Karusel / Dünya > BMT İsrail və Hizbullaha müraciət edib

BMT İsrail və Hizbullaha müraciət edib


25-08-2024, 20:06. Yazar: Admin

BMT İsrail və Hizbullaha müraciət edib

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi Hizbullah şiə hərəkatı və İsraili münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bəyanat təşkilatın saytında dərc olunub.

“BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun Ofisi və Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri hər kəsi atəşi dayandırmağa və gərginliyin daha da artmasından çəkinməyə çağırır”, - bəyanatda deyilir.

Təşkilat vurğulayıb ki, BMT-nin bütün strukturları regionda gərginliyi azaltmaq üçün bütün tərəflərlə təmasları davam etdirəcək.


Geri dön