Ana Sayfa > Karusel / İdman > Marşal Zəhra Məmmədli: “Heç bir qorxu hissi yoxdur”

Marşal Zəhra Məmmədli: “Heç bir qorxu hissi yoxdur”


25-08-2024, 16:57. Yazar: Admin

Zəhra Məmmədli

 

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.

Qarabaginfo.az xəbər verir ki, nəzəri və praktiki hissələrdən ibarət təlimdə 200 nəfərə yaxın marşal iştirak edib ki, onlardan 68 nəfərini FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri təşkil edir.

Qarabaginfo.az xəbər verir ki, Marşal Zəhra Məmmədli təlimlərlə bağlı APA-nın əməkdaşına öz fikirlərini bildirib.

O deyib ki, bu il Formula 1 yarışlarında fəaliyyət göstərəcək:

“Mənim üçün də yeni və ilk təcrübədir. Düşünürəm ki, burdakı praktiki və nəzəri biliklər bizim normal həyatımızda da çox kömək olacaq”.

“Necə oldu ki, marşal olmağa qərar verdiniz” sualına Zəhra xanım belə cavab verir:

“Sözsüz ki, əvvəlcə könüllü olaraq işə başladım. Marşalların işi ilə tanış olduqdan sonra hesab etdim ki, bu cür fəaliyyət mənim üçün çox yararlı olacaq”.

Zəhra Məmmədli onu da deyib ki, heç bir qorxu hissi yoxdur: “Əksinə, çox maraqlı, həyəcanlıdır. Düşünürük ki, professional şəkildə öyrəndiklərimizi həyata keçirə biləcəyik”.


Geri dön