Ana Sayfa > Karusel / Dünya > Hizbullahın ardınca İslami Müqavimət də İsraili vurdu

Hizbullahın ardınca İslami Müqavimət də İsraili vurdu


25-08-2024, 16:53. Yazar: Admin

İraqda İslami Müqavimət Hərəkatı İsrailin Hayfa şəhərindəki “həyati hədəfə” pilotsuz təyyarə ilə zərbə endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, hücum avqustun 25-də səhər tezdən baş verib.

Bəyanatda həmçinin vurğulanıb ki, hərəkat düşmənin mövqelərini və istehkamlarını məhv etməyə yönəlmiş əməliyyatlarını davam etdirəcək.

Qeyd edək ki, Hizbullah bu gecə İsrailə 320-dən çox PUA və raketlə hücum edib.

 


Geri dön