Ana Sayfa > Karusel / Dünya > “İskəndər-M” şirkətinin baş konstruktoru Oleq Mamalıqa vəfat edib

“İskəndər-M” şirkətinin baş konstruktoru Oleq Mamalıqa vəfat edib


25-08-2024, 16:12. Yazar: Admin

“İskəndər-M” şirkətinin baş konstruktoru Oleq Mamalıqa vəfat edib

“İsgəndər-M” raket sisteminin baş konstruktoru Oleq Mamalıqa 91 yaşında vəfat edib.

Qarabaginfo.az-a xəbər verir ki, bu barədə High-Precision Complexes holdinqi məlumat yayıb.

“Təəssüflə bildiririk ki, “İsgəndər-M” raket sisteminin baş konstruktoru Oleq İvanoviç Mamalıqa 92 yaşında vəfat edib. Oleq İvanoviç bütün əmək fəaliyyətini Kolomna Maşınqayırma Konstruktor Bürosunda işləməyə həsr edib. O, Silah və hərbi texnikanın, o cümlədən ilk sovet tank əleyhinə sistemlərinin (“Şmel”, “Malyutka”), taktiki (“Toçka”) və əməliyyat-taktiki raket sistemlərinin (“Oka”, “Oka-U”, “İskəndər-M”)” hazırlanmasında iştirak edib” - holdinqin Telegram kanalında deyilir.

Mamalıqa 1933-cü il aprelin 4-də hərbçi ailəsində anadan olub. Məktəbi qızıl medalla bitirdikdən sonra raket mühəndisi olmaq üçün imtahansız Leninqrad Hərbi Mexanika İnstitutuna daxil olub. 1957-ci ildə Kolomnadakı Xüsusi Konstruktor Bürosuna (indiki Tədqiqat və İstehsalat Korporasiyası "Maşınqayırma Layihə Bürosu") baş konstruktor təyin edilib.


Geri dön