Ana Sayfa > Karusel / Dünya > İsrailin müdafiə naziri: "Əlimizdə olan bütün vasitələrdən istifadə etməyə qərarlıyıq"

İsrailin müdafiə naziri: "Əlimizdə olan bütün vasitələrdən istifadə etməyə qərarlıyıq"


25-08-2024, 09:53. Yazar: Admin

Yoav Qalant və Lloyd Ostin

 

İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı aparıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ynet News portalı məlumat yayıb.

Portalın qeyd etdiyi kimi, Qalant Ostinə İsrail Müdafiə Qüvvələrinin şiə Hizbullah hərəkatına qarşı əməliyyatı barədə məlumat verib.

Ynet News Qalantın sözlərindən sitat gətirib: "İsrail vətəndaşları üçün gözlənilməz təhlükənin qarşısını almaq üçün Livana dəqiq zərbələr endirdik. Beyrutdakı hadisələri diqqətlə izləyirik və vətəndaşlarımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə qərarlıyıq".

“Jerusalem Post” qəzeti nazirlərin söhbətinin İsrailin şimalında şiə “Hizbullah” hərəkatının raket buraxılışı xəbərləri fonunda baş verdiyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl “The Times of Israel” qəzeti bazar günü Livandan İsrailə doğru 320 raket atıldığını yazmışdı.


Geri dön