Ana Sayfa > Karusel / Kriminal > İngilisi şantaj edən qadınlardan biri azadlığa buraxıldı

İngilisi şantaj edən qadınlardan biri azadlığa buraxıldı


24-08-2024, 14:35. Yazar: Admin

ingilisi-santaj-eden-qadinlardan-biri-azadliga-buraxildi

Bakıda tanış olduqları britaniyalı iş adamını şantaj edən qadınlardan biri azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib.

Məhkəmə təqsirləndirilənlər - E. Nəsrəddinova və Y.Məmmədova ilə bağlı hökmü araşdırdıqdan sonra sonuncunun şikayətini əsaslı hesab edib.

Məlumat üçün deyək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 ay əvvəlki hökmü ilə E. Nəsrəddinova 11 il, Y. Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan Y.Məmmədova məhkəmə zalında həbs edilmişdi.

Yuxarı instansiya məhkəməsinin qərarı ilə Y.Məmmədovanın hamilə olması nəzərə alınaraq cəzası şərti hesab edilib. O, dərhal azadlığa buraxılıb. Digər xanım müttəhimin şikayəti isə təmin edilməyib.

Qeyd edək ki, təqsirləndirilən qadınlar ingilis iş adamını rüsvayedici şəkilləri ilə şantaj edib, hədə-qorxu və dələduzluq yolu ilə ondan 205 min manat alıblar. Zərərçəkmişin şikayəti əsasında xanımların hər ikisi cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.


Geri dön