Bakının Nəsimi rayonu ərazisində bir nəfəri aldadaraq 15000 manatının alınması barədə polisə məlumat daxil olub.
Bu barədə Qarabaginfo.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş V.Səmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.