Ana Sayfa > Karusel / Dünya > KİV: ABŞ Rusiyaya nəzarət etmək üçün Avropaya kəşfiyyat təyyarəsi göndərib
KİV: ABŞ Rusiyaya nəzarət etmək üçün Avropaya kəşfiyyat təyyarəsi göndərib24-08-2024, 08:26. Yazar: Admin |
ABŞ Rusiyanın fəaliyyətini izləmək üçün Avropaya RC-135U kəşfiyyat təyyarəsi yerləşdirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb. Qeyd olunur ki, təyyarə Offutt Hərbi Hava Qüvvələri bazasından havaya qalxaraq avqustun 18-də Böyük Britaniyanın Mildenhall Hərbi Hava Qüvvələri bazasına çatıb, avqustun 20-də isə təyyarə Rusiya ilə sərhədə yaxın Baltikyanı ölkələr üzərində 6 saat uçuş edib. RC-135U kəşfiyyat təyyarəsi strateji elektron kəşfiyyat, radio ələ keçirmə, düşmənin quru, dəniz və hava qüvvələrinin fəaliyyətinin monitorinqi üçün nəzərdə tutulub. RC-135U-nun Avropada nə qədər qalacağı məlum deyil. Geri dön |