ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Arizona ştatında keçirilən mitinq zamanı seçkilərdə qalib gələcəyi təqdirdə sui-qəsd cəhdlərini araşdırmaq üçün komissiya yaradacağına söz verib.
Qarabaginfo.azxəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
O, həmçinin bu halda sabiq prezident Con Kennedi sui-qəsdi ilə bağlı sənədlərin ictimaiyyətə açıqlanacağını bildirib. Həmin komissiya eyni zamanda Trampın özünə qarşı baş tutmuş sui-qəsd cəhdini də araşdıracaq.
“Bu, Bobbiyə (Robert Kennedy) hörmətdir. Bu axşam elan edirəm ki, seçiləndən sonra sui-qəsdləri araşdırmaq üçün yeni müstəqil Prezident Komissiyası yaradacağam”, - deyə Tramp deyib.