Ana Sayfa > Karusel / Dünya > ABŞ Suriyada “Hurras əd-Din” qruplaşmasının liderlərindən birini vurub
ABŞ Suriyada “Hurras əd-Din” qruplaşmasının liderlərindən birini vurub24-08-2024, 08:15. Yazar: Admin |
ABŞ hərbçiləri cümə günü Suriyada bəzi bölgələrə aviazərbələr endirərək "Hurras əd-Din" qruplaşmasının liderlərindən biri olan Əbu Abdurrahman əl-Məkkini vurduqlarını açıqlayıblar. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. "Bu gün CENTCOM qüvvələri "Hurras əd-Din" qruplaşmasının yüksək rütbəli liderini raket zərbələri ilə məhv edib", - deyə komandanlığın “X” səhifəsində deyilir. CENTCOM bildirir ki, Əbu Əbdürrəhman əl-Məkki Suriyada olub və terror əməliyyatlarını oradan idarə edib. Geri dön |