Ana Sayfa > Karusel / Siyasət / İqtisadiyyat > COP29 Azərbaycan Əməliyyat Şirkəti qida təhlükəsizliyi üzrə təlimlərə başlayıb
COP29 Azərbaycan Əməliyyat Şirkəti qida təhlükəsizliyi üzrə təlimlərə başlayıb23-08-2024, 19:44. Yazar: Admin |
11-22 noyabr tarixlərində ölkəmizdə keçiriləcək COP29 konfransına hazırlıq işləri çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli otellərin təhlükəsizlik və dayanıqlılıq səriştələrinin artırılması istiqamətində təlim proqramının icrasına başlayıb. Bu barədə Qarabaginfo.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat Şirkətinin qida təhlükəsizliyi üzrə eksperti tərəfindən paytaxt Bakıda yerləşən və Milli Ulduz Təsnifatına uyğun aparıcı otellərdə “Qida təhlükəsizliyi – 2-ci səviyyə” təlimi keçirilir. Otel şəbəkələrində göstərilən xidmətlərin təkmilləşdirilməsi və işçi heyətlərin səriştələrinin artırılmasına yönələn təlimlərin məzmunu qida təhlükəsizliyinin bütün kritik aspektlərini əhatə edir. Belə ki, qida məhsullarının hazırlanmasından paylanmasına qədər olan prosesdə faydalı təcrübələr, qidalanmanın idarə edilməsində gigiyena qaydaları, xidmət sahəsində çalışan əməkdaşların şəxsi məsuliyyətinin vacibliyi və bir sıra digər mühüm mövzular proqramda öz əksini tapıb. İştirakçılar həmçinin səmərəli preventiv və nəzarət tədbirləri, qidaların təhlükəsiz saxlanma qaydaları və digər bu kimi ətraflı təlimatlardan yararlana bilirlər. Qeyd edilib ki, təlim proqramı paytaxtın bir sıra digər otellərini də əhatə etməklə oktyabr ayının sonunadək davam edəcək. Geri dön |