Ana Sayfa > Karusel / Multimedia > “Aztelekom” ölkədə internetin sürətinin zəif olmasına münasibət bildirib
“Aztelekom” ölkədə internetin sürətinin zəif olmasına münasibət bildirib23-08-2024, 15:51. Yazar: Admin |
Kütləvi informasiya vasitələrində dərc edilmiş abunəçilərin xidmətdən imtina etmək barədə hüquqlarının “Aztelekom” MMC tərəfindən pozulması ilə bağlı məlumata əsasən bildiririk ki, abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir. Bu barədə Qarabaginfo.az quruma istinadən xəbər verir. Belə ki müqavilə şərtləri və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər. Bu halda xidmətlərdən imtina ilə bağlı abunəçidən ONT modemin geri qaytarılması istənilir və həmin avadanlığın dəyəri tələb edilmir. Kütləvi informasiya vasitələrində “Aztelekom” MMC tərəfindən təqdim edilən internet sürətinin müqavilə şərtlərinə uyğun olmadığı barədə məlumatlarla bağlı bildirmək istəyirik ki, internet xidmətinin təminatı abunəçilərlə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilir. Lakin fərdi ev təsərrüfatlarında telekommunikasiya xidmətlərinin təminatında texniki nasazlığın baş verməsi mümkündür və belə hallarda abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqların aradan qaldırılması təmin edilir. İnternetin sürətinin zəifliyi ilə bağlı müraciətlərin qeydiyyatı zamanı problemlərin əsas 3 səbəbdən qaynaqlandığı müşahidə olunur:
Yarana biləcək hər hansı texniki nasazlıqlarla qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən isə “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur. Geri dön |