Ana Sayfa > Karusel / Region > Nazir müavini: Rusiyanın dərinliklərinə zərbələr müharibəni başa çatdıra bilər
Nazir müavini: Rusiyanın dərinliklərinə zərbələr müharibəni başa çatdıra bilər23-08-2024, 15:48. Yazar: Admin |
Rusiyanın hərbi aviasiyasının Ukrayna səmasındakı üstünlüyünə, törətdiyi raket terroruna və artilleriyasının gücünə ən effektiv cavab uzaqmənzilli raketlərlə bu ölkənin daxilindəki hərbi bazalara, silah arsenalına, eləcə də müdafiə sənayesi komplekslərinə zərbə endirilməsi olacaq. Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın müdafiə nazirinin birinci müavini İvan Qavrilyuk deyib. Onun fikirləri nazirliyin “Teleqram” kanalında paylaşılıb. Onun sözlərinə görə, indiki şəraitdə bu, həm müharibə aparmağın, həm də Rusiyanı danışıqlara məcbur etməyin ən effektiv üsuludur: "Uzaqmənzilli raketlərin Rusiya ərazisindəki hərbi obyektlərə tətbiq edilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması müharibənin eskalasiyasına deyil, onun başa çatmasına aparan yoldur. Çünki bu tipli silahların, hərbi aviasiyanın, eləcə də hava hücumundan müdafiə vasitələrinin Rusiyaya qarşı istifadə edilməsi nəticəsində Kremldə başa düşəcəklər ki, Rusiya ordusu heç vaxt Ukraynadakı müharibədə uğur qazana bilməyəcək və bunun nəticəsi onlar üçün ağır olacaq". Geri dön |