Ana Sayfa > Karusel / Dünya > Putinin Quranla bağlı videosu gündəm oldu

Putinin Quranla bağlı videosu gündəm oldu


23-08-2024, 11:29. Yazar: Admin

putinin-quranla-bagli-videosu-gundem-oldu

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Çeçenistana səfər edib.

Qarabaginfo.az xəbər verir ki, Putin səfər çərçivəsində Çeçenistan rəhbəri Ramzan Kadırovla Qroznı məscidinə də baş çəkib.

Rusiya lideri məsciddə müsəlmanların müqəddəs kitabı Quranı öpüb. Bu anın görüntüləri dünya üzrə sosial şəbəkələrdə maraqla qarşılanıb. Bununla yanaşı, Putinin Quranla davranışı Türkiyə, BƏƏ, Misir, Suriya və digər ölkələrin televiziyalarında xəbər mövzusuna çevrilir. 

Qeyd edək ki, qiymətli daşlarla bəzədilmiş sözügedən “Quran-i Kərim”i həmin məscidə Putin özü bağışlayıb.(qafqazinfo.az)


Geri dön