Ana Sayfa > Karusel / Dünya > Litvada Belarusla sərhəddə alman hərbçiləri üçün kazarmaların tikintisinə başlanılıb

Litvada Belarusla sərhəddə alman hərbçiləri üçün kazarmaların tikintisinə başlanılıb


23-08-2024, 11:24. Yazar: Admin

Litvada Belarusla sərhəddə alman hərbçiləri üçün kazarmaların tikintisinə başlanılıb

Litvada Belarusla sərhəd yaxınlığında alman hərbi qulluqçularının yerləşdirilməsi üçün kazarmaların tikintisinə başlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Bildirilib ki, söhbət Almaniyanın İkinci Dünya Müharibəsindən sonra ölkə xaricində ilk daimi bazasının yaradılmasından gedir.

“Bu həftə Litvada, Belarusla sərhəd yaxınlığında, 2027-ci ilə qədər təxminən dörd min Bundesver əsgərinin yerləşəcəyi Alman ordusunun yeni kazarmalarının tikintisinə başlanılıb”, deyə qəzet yazıb.

Financial Times-ın qeyd etdiyi kimi, bu hadisənin "qəzəb" yaradacağı gözlənilirdi, lakin Almaniyanın Ukraynaya hərbi dəstəyinin kəsilməsi ilə bağlı bəyanatların kölgəsində qaldı, hansı ki, bu, Berlinin gücünü deyil, zəifliyini nümayiş etdirdi.


Geri dön