Ana Sayfa > Karusel / Dünya > NATO-nun Almaniyadakı aviabazasında təhlükəsizlik səviyyəsi artırılıb

NATO-nun Almaniyadakı aviabazasında təhlükəsizlik səviyyəsi artırılıb


23-08-2024, 08:20. Yazar: Admin

NATO-nun Almaniyadakı aviabazasında təhlükəsizlik səviyyəsi artırılıb

NATO, kəşfiyyatın mümkün terror hücumu ilə bağlı xəbərdarlıqlarından sonra Almaniyanın qərbindəki “Geilenkirchen” hava bazasında təhlükəsizliyi gücləndirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə avqustun 23-də NATO-nun Aviasiya Nəzarəti və Xəbərdarlıq Şöbəsi özünün “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Bütün qeyri-missiya personalı ehtiyat tədbiri olaraq evə göndərilib. Personalımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Əməliyyatlar planlaşdırıldığı kimi davam edir”, - deyə məlumatda bildirilir.

Reuters“in məlumatına görə, “Geilenkirchen” bazasının sözçüsü təhdid səviyyəsinin “Çarli”yə; yəni dörd xəbərdarlıq səviyyəsinin ikincisi səviyyəsinə qaldırıldığını bildirib.


Geri dön