Ana Sayfa > Karusel / Dünya > ABŞ cümə günü Ukraynaya 125 milyon dollarlıq hərbi yardım ayıra bilər

ABŞ cümə günü Ukraynaya 125 milyon dollarlıq hərbi yardım ayıra bilər


23-08-2024, 08:17. Yazar: Admin

ABŞ cümə günü Ukraynaya 125 milyon dollarlıq hərbi yardım ayıra bilər

Vaşinqton cümə günü Ukraynaya 125 milyon dollar dəyərində daha bir hərbi yardım paketinin ayrılmasını elan edə bilər.

Qarabaginfo.az xəbər verir ki, bu haqda məlumatı cümə axşamı öz mənbələrinə istinadən “Associated Press“ xəbər verib.

Nəşrin yazdığına görə yeni yardım paketinə hava hücumundan müdafiə sistemləri üçün raketlər, HIMARS MLRS üçün mərmilər, tank əleyhinə Javelin sistemləri, 155 mm və 105 mm kalibrli artilleriya mərmiləri, elektron döyüş texnikası daxildir.

Avqustun 15-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi MSNBC telekanalına müsahibəsində bildirib ki, ABŞ yaxın həftələrdə Ukraynaya hərbi yardım paketi təqdim etməyi planlaşdırır.


Geri dön