Ana Sayfa > Karusel / Dünya > Botsvanada ən böyük ölçüdə almaz tapılıb-FOTO

Botsvanada ən böyük ölçüdə almaz tapılıb-FOTO


22-08-2024, 23:45. Yazar: Admin

Botsvanada nəhəng 2492 karatlıq nəhəng almaz tapılıb.

Qarabaginfo.az bildirir ki, bu barədə Kanadanın Lucara Diamond Corp. şirkəti məlumat yayıb.

Nəhəng əntiq daşın 1905-ci ildə Cənubi Afrikada tapılmış 3106 karatlıq Cullinan Almazından sonra tapılan ən böyük daşı sayılır.

Almaz Karove mədənində bütöv halda tapılıb.

Bunu əlamətdar tapıntı adlandıran şirkət onu indiyə qədər aşkar edilmiş ən böyük almazlardan biri” adlandırıb.

Şirkətin press-relizində deyilir ki, almaz şirkətin qiymətli daşları müəyyən etmək  üçün nəzərdə tutulmuş Mega Diamond Recovery (MDR) X-ray Transmissiya (XRT) texnologiyası sayəsində aşkar edilib.

Bundan əvvəl ikinci ən böyük kəşfin 2015-ci ildə Karove mədənində Lukara tərəfindən tapılan 1109 karatlıq almaz sayılırdı. Almaz iki il sonra  53 milyon dollara satılıb.

Lucara’s bildirib ki, şirkət indiyə qədər kəşf edilmiş ən yaxşı 10 almazdan altısını tapıb.

Reuters-in məlumatına görə, almaz cümə axşamı Botsvana prezidenti Mokgvetsi Masisiyə təqdim ediləcək.

 


Geri dön