Ana Sayfa > Karusel / İnfrastruktur > 8 Noyabr prospektində təmir işləri nə vaxt yekunlaşacaq? - Video
8 Noyabr prospektində təmir işləri nə vaxt yekunlaşacaq? - Video22-08-2024, 23:11. Yazar: Admin |
Əsaslı təmirə bağlanan 8 Noyabr prospektində işlər davam etdirilir. Qarabaginfo.az xəbər verir ki, yol hələ bir neçə gün də nəqliyyatın hərəkətinə bağlı olacaq. Belə ki, Xəqani Rüstəmov küçəsi ilə kəsişən hissədən 8 Noyabr prospektinə giriş tam bağlı olduğundan sürücülər alternativ yol kimi Babək və H.Əliyev prospektindən istifadə edirlər. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı. Qeyd edək ki, prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması da nəzərdə tutulur. Ətraflı “Xəzər Xəbər”in videomaterialında: Geri dön |