Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müsahibə mərhələsinin sonuncu günündə - avqustun 22-də ingilis dili və coğrafiya fənləri üzrə müsahibələr təşkil edilib.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Qarabaginfo.aza bildirilib ki, müsahibələrə 167 nəfər dəvət olunub. Onlardan 161 nəfəri müsahibə mərhələsində iştirak edib.