Ana Sayfa > Karusel / Region > Türkiyədə əri ilə mübahisə edən azərbaycanlı qadın özünü çaya atıb

Türkiyədə əri ilə mübahisə edən azərbaycanlı qadın özünü çaya atıb


22-08-2024, 17:36. Yazar: Admin

Türkiyədə əri ilə mübahisə edən azərbaycanlı qadın özünü çaya atıb

Türkiyənin Antalya şəhərində həyat yoldaşı ilə mübahisə edən azərbaycanlı qadın Kəbutər Babayeva özünü çaya atıb.

Qarabaginfo.az xəbər verir ki, onun bu ölkənin vətəndaşı olan həyat yoldaşı Emin Yapıcılar dərhal xilasetmə xidmətinə xəbər verib.

Əraziyə gələn xilasedicilər K.Babayevanı sudan çıxararaq, həyatını xilas ediblər.

Xəstəxanada müayinə olunan Kəbutər Babayeva Polis İdarəsinə aparılaraq, orada ifadə verib.


Geri dön