Ana Sayfa > Karusel / Siyasət > Milli Məclisə seçkilərlə əlaqədar 1000 məntəqədə veb-kamera quraşdırılıb

Milli Məclisə seçkilərlə əlaqədar 1000 məntəqədə veb-kamera quraşdırılıb


22-08-2024, 17:04. Yazar: Admin

Milli Məclisə seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin olunması xüsusi diqqətdə saxlanılıb.

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, Azərbaycanın 16 illik uğurlu və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən veb-kamera təcrübəsi bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn Milli Məclisə seçkilərdə də reallaşdırılır.

“Bu məqsədlə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar vasitəsilə seçki məntəqələrində səsvermə günü prosesləri hamı üçün açıq platformada canlı nümayiş etdiriləcək, maraqlı subyektlər seçki məntəqələrinə getmədən belə gün ərzində prosesləri əvvəldən axıradək fasiləsiz müşahidə imkanı qazanacaqlar”, – Rövzət Qasımov qeyd edib.


Geri dön