Ana Sayfa > Karusel / Dünya > Putin: Ukrayna gecə saatlarında Kursk AES-ə zərbə endirməyə cəhd edib

Putin: Ukrayna gecə saatlarında Kursk AES-ə zərbə endirməyə cəhd edib


22-08-2024, 16:31. Yazar: Admin

Putin Kurskda baş verənləri şərh edib

Ukrayna gecə saatlarında Kursk AES-ə zərbə endirməyə cəhd edib.

Qarabaginfo.az verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd regionlarda vəziyyətə dair müşavirədə bildirib.

O, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Ukraynanın Kursk atom elektrik stansiyasına zərbə endirmək cəhdləri barədə məlumatlandırıldığını və AEBA-nın mütəxəssislər göndərəcəyini vəd etdiyini söyləyib.

Putin ümidvar olduğunu bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik stansiyadakı vəziyyəti qiymətləndirmək üçün mütəxəssislər göndərəcək.


Geri dön