Ana Sayfa > Karusel / Region > Bakıda 7 ayda kafe və restoranlar 828 mln. manat gəlir əldə ediblər

Bakıda 7 ayda kafe və restoranlar 828 mln. manat gəlir əldə ediblər


22-08-2024, 13:50. Yazar: Admin

Bakıda 7 ayda kafe və restoranlar 828 mln. manat gəlir əldə ediblər

2024-cü ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 828 milyon manat olub.

Bu barədə Qarabaginfo.az-a  Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 501,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 60,6%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 1 milyard 244,6 milyon manat olub.


Geri dön