Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycan əhalisi arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faizdir - SORĞU

Azərbaycan əhalisi arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faizdir - SORĞU


22-08-2024, 12:29. Yazar: Admin

Azərbaycan əhalisi arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faizdir - SORĞU

Azərbaycan əhalisi arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faiz təşkil edir.

Qarabaginfo.az xəbər verir ki, bu, Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində “exit-poll” keçirmək üçün yerli tərəfdaşı ilə birgə Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkətinin 15 iyul-15 avqust tarixləri arasında keçirdiyi seçkiöncəsi sorğunun nəticələrində öz əksini tapıb.

Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 81 faizi Prezident İlham Əliyevin idarəçiliyini qətiyyətli şəkildə, 10 faizi müəyyən dərəcədə dəstəklədiyini, 5 faiz isə dəstəkləmədiyini bildirib.

Sorğu iştirakçılarının 4 faizi cavab verməkdə çətinlik çəkib.


Geri dön