Ana Sayfa > Karusel / Region > Microsoft Rusiyada proqramlara girişə məhdudiyyət qoyur

Microsoft Rusiyada proqramlara girişə məhdudiyyət qoyur


22-08-2024, 09:47. Yazar: Admin

Microsoft sentyabrın 2-dən Rusiyadakı bəzi bulud abunəliklərinə girişə məhdudiyyət qoyacaq. 

Qarabaginfo.az bildirir ki, şirkət bununla bağlı xəbərdarlıq edib.

Gazeta.ru xəbər verir ki, bu barədə Microsoft məhsullarının Rusiyada rəsmi distribyutoru olan Softline şirkətinin qaynar xətti məlumat yayıb.

Amerika korporasiyasının yeni qərarı Rusiya hüdudlarından kənarda hüquqi şəxslərə məxsus və ya onlara nəzarət edilən transmilli şirkətlər (TMM) istisna olmaqla, Rusiyada qeydiyyatdan keçmiş bütün hüquqi şəxslərə şamil edilir. Məhdudiyyətlər Enterprise və CSP daxil olmaqla, bütün lisenziyalaşdırma kanallarına təsir edəcək.

Microsoft yeni məhdudiyyətin təfərrüatlarını açıqlamayıb.

Bununla belə, korporasiyanın Rusiyadakı tərəfdaşları vəziyyəti aydınlaşdırmaq üçün artıq ona müraciət ediblər. Amerika İT nəhəngindən məhdudiyyətlərə məruz qalan məhsulların və paketlərin dəqiq siyahısını təqdim etmək, buludda saxlanılan məlumatların mövcudluq müddətlərini göstərmək və şirkətlərin onların mənsub olduqlarını təsdiq edə biləcəyi sənədləri və kommunikasiya kanallarını sadalamaq tələb olunub.

 


Geri dön