Ana Sayfa > Karusel / Səhiyyə > TƏBİB-in tabeliyindəki tibb müəssisələrində meymunçiçəyinə yoluxma olmayıb

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində meymunçiçəyinə yoluxma olmayıb


22-08-2024, 09:42. Yazar: Admin

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində meymunçiçəyinə yoluxma olmayıb

Bu günə qədər TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib

Qarabaginfo.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir.

Hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub.


Geri dön