Ana Sayfa > Karusel / Dünya > Tramp: Silah anbarlarımız boşdur, Vaşinqton hər şeyi Ukrayna və müttəfiqlərinə verir
Tramp: Silah anbarlarımız boşdur, Vaşinqton hər şeyi Ukrayna və müttəfiqlərinə verir22-08-2024, 08:35. Yazar: Admin |
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edir ki, Birləşmiş Ştatların silah-sursatı yoxdur, çünki Vaşinqton hər şeyi Ukrayna da daxil olmaqla, müttəfiqlərinə verir. Qarabaginfo.az xəbər verir ki, Tramp bunu Şimali Karolinada tərəfdarları qarşısında çıxış edərkən deyib. “Hazırda silah-sursatımız yoxdur. Bilirsiniz, biz onların hamısını Ukraynaya və müxtəlif başqa ölkələrə vermişik. Biz hər şeyi onlara vermişik. Anbarlarımız boşdur”, - Tramp qeyd edib.
Geri dön |