Ana Sayfa > Karusel / Region > Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb21-08-2024, 17:34. Yazar: Admin |
Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Narek Tiraturyan Belarusun Xarici İşlər Nazirliyinə çağırılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumat Belarus Xarici İşlər Nazirliyinin internet saytında yerləşdirilib. Bldirilib ki, diplomatik nümayəndəyə bu ölkənin İrəvandakı Səfirliyinin binasına qarşı törədilmiş vandalizm aktı, eləcə də ölkənin hüquq-mühafizə orqanlarının bu hadisənin qarşısını almaq üçün tədbirlər görmədiyi barədə məlumat verilib Ermənistanın müvəqqəti işlər vəkilinin diqqətinə həm səfirlik binasının, həm də onun əməkdaşlarının təhlükəsizliyinin Vyana Konvensiyasının tələblərinə əsasən qorunmalı olduğu çatdırılıb. Belarusun Xarici İşlər Nazirliyindən o da bildirilib ki, rəsmi Minsk bu hadisəni törədənlərin cəzalandırılacağına və ziyanın ödəniləcəyinə əmindir. Geri dön |