Ana Sayfa > Karusel / Siyasət > Beliz rəsmisi: Müstəmləkə altında olan hər bir dövlət müstəqilliyi yolunda çalışmalıdır
Beliz rəsmisi: Müstəmləkə altında olan hər bir dövlət müstəqilliyi yolunda çalışmalıdır21-08-2024, 16:54. Yazar: Admin |
"Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə kökləndiyi və nail olduğu kimi biz də işçi hüquqları naminə mübarizə aparırıq". Qarabaginfo.az bu sözləri Beliz dövlətinin BMT-dəki daimi nümayəndəsi Karlos Fuller jurnalistlərə söyləyib: "Hər zaman əsas məqsədimiz xalqın öz müqəddəratını təyin etmək və ərazi bütövlüyünün bərpası hüququnun tanınmasından ibarət olub. Bunun üçün hər kəs insanları aktiv mübarizəyə, məqsədlərinə çatmaq üçün tədbirlər görməyə, belə desək, məcbur etməlidir”. Diplomatın sözlərinə görə, təmsil etdiyi dövlət müstəqilliyə çatmaq üçün 1981-ci ilədək gözləyib: “Şimalda yerləşən ölkələri razı salmaq məqsədilə prosesə başladıq və nə istədiyimizi geniş auditoriyaya çatdırmağa çalışdıq. Sonradan Avropa, Afrika, habelə başqa kontinentlərdə yerləşən dövlətlər də bizə qoşulmağa başladı. Bu amil bizim BMT-yə üzvlük yolunda addımlar atmaq üçün müəyyən mənada şərait yaratdı. Hesab edirəm ki, müstəmləkə altında olan hər bir dövlət müstəqilliyi yolunda çalışmalıdır". Geri dön |