Ana Sayfa > Karusel / Dünya > Yaponiya aeroportunda qayçı itdi, 36 reys təxirə salındı

Yaponiya aeroportunda qayçı itdi, 36 reys təxirə salındı


21-08-2024, 13:44. Yazar: Admin

yaponiya-aeroportunda-qayci-itdi-36-reys-texire-salindi

Yaponiyanın Yeni Chitose Hava Limanında mağazaların birində qayçının itməsi çox sayda reysin ləğv edilməsinə səbəb olub.

Qarabaginfo.az “CNN”ə istinadən xəbər verir ki, insident avqustun 17-si baş verib.

Bildirilir ki, aeroportun gözləmə zonasında yerləşən mağazaların birində qayçının itdiyi məlum olub. Bu zaman hava limanı administrasiyası qayçının hansısa terrorçu tərəfindən oğurlana və təyyarənin göyərtəsində silah olaraq istifadə oluna biləcəyini ehtimal edib. Bu səbəbdən də təhlükəsizlik xidmətinin əməkdaşları 2 saat ərzində axtarışlar aparıb.

Proses çərçivəsində 36 reys təxirə salınıb, 201 nəfər isə saxlanılıb.

İtən qayçını isə hadisədən bir gün sonra mağazanın əməkdaşı elə həmin mağazada aşkar edib.


Geri dön