Azərbaycanda bu ilin birinci yarısında dəmir yolu ilə sərnişin daşınmasından 4 996,8 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 18,4% çoxdur.
Qarabaginfo.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 4 219,9 min manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyun aylarında 3 849,8 min sərnişin daşınıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2% çoxdur.