Ana Sayfa > Karusel / Dünya > Avstraliyada parlament partiyası İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Avstraliyada parlament partiyası İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb


21-08-2024, 08:13. Yazar: Admin

Avstraliyada parlament partiyası İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Avstraliyanın Yaşıllar Partiyasının parlament fraksiyası İsrailə qarşı sanksiyalar tətbiq etmək və İsrailə hər cür dəstəyi dayandırmaq üçün ölkənin federal hökumətinə müraciət edib.

Qarabagifo.az xəbər verir ki, partiya lideri Adam Bandt müvafiq bəyanatla çıxış edib.

O Qəzza zolağında soyqırım, aclıq və insan tələfatının şahidi olmuş Avstraliya vətəndaşlarının öz hökumətlərindən İsrailə qarşı real tədbirlər və sanksiyalar gözlədiklərini bildirib.

“İnsanların istədiyi budur. Əllərinizi sıxmağı, yalvarmağı və Netanyahunun hökumətinin hər dəfə keçdiyi qırmızı xətlər haqqında danışmağı dayandırın”, - deyə o, parlamentdəki çıxışı zamanı bildirib.

Bundan əvvəl Yaşıllar partiyasının fraksiyası iki məsələni müzakirəyə çıxarıb və bu iki məsələ çərçivəsində İsrailə və onun hökumət üzvlərinə qarşı sanksiyalar tətbiq etməyi, o cümlədən İsraillə ikitərəfli silah ticarətini və F-35 təyyarələri üçün Avstraliyada istehsal olunan ehtiyat hissələrinin tədarükünü dayandırmağı təklif edib.


Geri dön