Ana Sayfa > Karusel / Dünya > Əfqanıstanda saqqal saxlamaq istəməyən 280-dən çox polis işdən çıxarılıb

Əfqanıstanda saqqal saxlamaq istəməyən 280-dən çox polis işdən çıxarılıb


21-08-2024, 08:03. Yazar: Admin

Radikal “Taliban” hərəkatının Əfqanıstanın müvəqqəti hökumətində yaratdığı Şərin Qarşısının Alınması və Fəzilətin Təbliği Nazirliyi saqqal uzatmaq əmrinə tabe olmayan və bununla da “İslam qanunları”nı pozan 280-dən çox polis əməkdaşını xidmətdən uzaqlaşdırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə “İslam qanunları”na və əfqan adət-ənənələrinə əməl olunması uğrunda aparılan “mübarizə” çərçivəsində 2023-cü ildə ölkədə “qeyri-etik hərəkətlərə” görə 13 mindən çox insan saxlanılıb, onların yarıdan çoxu məhkəmə qarşısına çıxarılıb.

Bundan əlavə, 21328 musiqi aləti məhv edilib, yerli bazarlarda çəkilişləri həyata keçirilən “qeyri-etik və yolverilməz” filmlərin satışı dayandırılıb.(Report)


Geri dön