ABŞ-ın vitse-prezidenti Kamala Harris Çikaqonun qərbində yerləşən “United Center” qapalı idman arenasında keçirilən qurultayda Demokratlar Partiyası nümayəndələrinin 4566 səsini qazanıb.
Qarabaginfo.az xəbər verir ki, bu haqda TASS-ın qurultayda iştirak edən xüsusi müxbiri xəbər verir.
Demokratların avqustun 19-22-də keçirilən qurultayında Harrisin noyabr seçkilərində prezidentliyə namizədliyini irəli sürməyə rəsmi razılıq verəcəyi gözlənilir.
Qeyd edək ki, Harrisin namizəd yarışında rəqibi yoxdur.