Ana Sayfa > Karusel / Kriminal > Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu


20-08-2024, 19:28. Yazar: Admin

yasar-agazade-santaj-ittihami-ile-hebs-olundu

Tanınmış hüquqşünas Yaşar Ağazadə həbs edilib.

Qarabaginfo.az xəbər verir ki, Y.Ağazadə 4 nəfəri şantaj etməkdə təqsirləndirilir. 

Hüquqşünas Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qurxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə yekun ittiham verilib. 

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Yaşar Ağazadə əvvəllər “Müxalifət” qəzetinin redaktoru olub. 


Geri dön