Ana Sayfa > Karusel / Region > Ermənistana 6 ayda korrupsiya cinayətlərindən 20 mln. dollar ziyan dəyib
Ermənistana 6 ayda korrupsiya cinayətlərindən 20 mln. dollar ziyan dəyib20-08-2024, 16:37. Yazar: Admin |
Son 6 ayda baş verən korrupsiya cinayətlərindən Ermənistana 7,5 milyard dram (təqribən 20 milyon 717 min 556 ABŞ dolları) həcmində ziyan dəyib. Qarabaginfo.az “ArmeniaToday”ə istinadən xəbərinə görə, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, 2024-cü il ərzində bu vəsaitin 675,4 milyon dramı (1 milyon 749 min 524 dollar) büdcəyə qaytarılıb. Eyni zamanda 2024-cü ilin ilk 6 ayında sözü gedən komitə 1003 korrupsiya şikayətinə baxıb. Geri dön |