Ana Sayfa > Karusel / Sosial > Dünynaın ən yaşlı insanı vəfat edib
Dünynaın ən yaşlı insanı vəfat edib20-08-2024, 16:16. Yazar: Admin |
117 yaşında dünyanın ən yaşlı insanı hesab edilən Amerika əsilli ispaniyalı Maria Branyas vəfat edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə onun ailəsi “CBSNEWS”-a məlumat verib. Ailəsi bildirib ki, dünyanın ən yaşlı insanı, ABŞ-də doğulmuş və iki dünya müharibəsi, İspaniya vətəndaş müharibəsi, 1918-ci il qrip pandemiyası və COVID pandemiyasını yaşamış ispaniyalı Maria Branyas Morera çərşənbə axşamı 117 yaşında vəfat edib. Ginnesin Rekordlar Kitabı 2023-cü ilin yanvarında 118 yaşında fransız rahibəsi Lucile Randonun ölümündən sonra Branyasın dünyanın ən yaşlı insanı statusunu rəsmən təsdiqləyib. Geri dön |