Ana Sayfa > Karusel / Səhiyyə > ÜST: Meymunçiçəyi nə COVID-19, nə də onun ştammıdır

ÜST: Meymunçiçəyi nə COVID-19, nə də onun ştammıdır


20-08-2024, 15:18. Yazar: Admin

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru Hans Klüge

 

Meymunçiçəyi nə COVID-19, nə də onun ştammıdır.

Qarabaginfo.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru Hans Klüge deyib.

Onun sözlərinə görə, ayrı-ayrı ölkələr COVID-19-un yayılmasını nəzarətdə saxlamağı bacarır. H. Klüge onu da əlavə edib ki, hazırda təmsil etdiyi qurumda meymunçiçəyinə qarşı mübarizə tədbirləri nəzərdən keçirilir:

“Bizim bu virusa qarşı verəcəyimiz reaksiyadan çox şey asılıdır. Çünki meymunçiçəyi həm Avropa, həm də dünya üçün kritik sınaq olacaq”.

H. Klüge bir sıra ölkələr üçün profilaktik tövsiyələrin təkmilləşdirilməsi məqsədilə iş aparıldığını bildirib.


Geri dön