Ana Sayfa > Karusel / Sosial > Surət Hüseynov biznes fəaliyyətini dayandırıb?
Surət Hüseynov biznes fəaliyyətini dayandırıb?17-12-2017, 20:28. Yazar: Admin |
- AçıqlamaOxunma sayı: 450
Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun biznes fəaliyyətini dondurduğu barədə xəbər yayılıb. Məhz buna görə onun biznesini qurduğu Türkiyəni tərk etdiyi deyilir. 2018-ci il prezident seçkiləri barədə sabiq baş nazirin fikirlərinə gəlincə, mənbə bunları deyib. “Surət Hüseynov azərbaycanlı olaraq öz vətənini xaricdən izləyir. Onun yerinə cavab verə bilmərəm. Amma söhbətlərimizdə siyasi iddialı adama oxşamır. Eyni zamanda, hər hansı siyasi qüvvəyə dəstəkdən söz gedə bilməz. Həm iqtidar, həm də müxalifət məsələsi aydındır. Sadəcə, ürəyi xalqı ilə döyünür, siyasətlə yox”. Qeyd edək ki, Surət Hüseynov 1993-1994-cü illərdə Azərbaycanın baş naziri olub. 1994-cü ildə dövlət çevrilişinə cəhddə ittiham olunub. Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.
Geri dön |