Ana Sayfa > Karusel / Multimedia > İlin ilk Super Ayı müşahidə olunmağa başlayıb

İlin ilk Super Ayı müşahidə olunmağa başlayıb


20-08-2024, 08:25. Yazar: Admin

İlin ilk Super Ayı müşahidə olunmağa başlayıb

Bu gün 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunmağa başlayıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Qarabaginfo.az-a verilən xəbərə görə, bu gün Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 km olacaq. Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür.

Məlumatda qeyd edilib ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.


Geri dön