Ana Sayfa > Karusel / Dünya > Maduro: Qərb Zelenskinin atom elektrik stansiyalarına qarşı terror planlarını dayandırmalıdır

Maduro: Qərb Zelenskinin atom elektrik stansiyalarına qarşı terror planlarını dayandırmalıdır


20-08-2024, 07:57. Yazar: Admin

Venesuela Prezidenti Nikolas Maduro

 

Ukrayna Rusiyaya qarşı aqressiv müharibədə uduzur və ABŞ Avropa ölkələri ilə birlikdə Zelenskinin atom elektrik stansiyalarına qarşı terror planlarını dayandırmalıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalında “Maduro Plus ilə” verilişində deyib.

“ABŞ və Avropa Zelenskinin atom elektrik stansiyalarına qarşı terror planlarını dayandırmalı və Ukraynanın qəti şəkildə təslim olması və bu ölkədə nasizmə son qoyulması üçün siyasi danışıqlara zəmanət verməlidir”, - dövlət başçısı vurğulayıb.


Geri dön